Valyuta məzənnəsi: $ 1.7 € 1.8514 ₽ 0.0193 ₺ 0.0516
AZ EN RU

Xəbərlər

CPC-yə işgüzar səfəri

4 aprel 2023-cü il tarixində SOCAR-ın Yataqların işlənməsi üzrə Vitse-prezidenti Yaşar Lətifovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyətinin CPC-yə işgüzar səfəri baş tutmuşdur. Səfər çərçivəsində qonaqlar üçün qısa təhlükəsizlik təlimatı və CPC haqqında təqdimat nümayiş olunduqdan sonra görüş iştirakçıları arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Absheron” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə müzakirələr aparıldı. Müzakirələrdən sonra CPC-nin  istehsalat sahələrinə baxış keçirildi və işçi heyət ilə qısamüddətli söhbət aparıldı.