Valyuta məzənnəsi: $ 1.7 € 1.8238 ₽ 0.0183 ₺ 0.0523
AZ EN RU

Hadisələr

"Caspian Pipe Coatings" MMC məcburi köçkün ailələrinin uşaqlarını Yeni il şənliyi münasibətilə sevindirdi

29.12.2014

Yeni 2015-ci ili qarşılamaq və uşaqlara bol-bol sevinc bəxş etmək üçün “Caspian Pipe Coatings” MMC-nin (CPC) rəhbərliyi Füzuli rayonundan olan məcburi köçkün ailələrinin uşaqlarına növbəti dəfə Yeni il şənliyinə biletlər ayırdı. Bu niyyəti yerinə yetirmək üçün CPC-nin İnzibati şöbəsinin nümayəndələri “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin direktoru Telman Dadaşova müraciət etmişlər və bununla bağlı bütün zəruri tədbirlər görülmüşdür.

29 dekabr 2014-cü il tarixində Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunmuş uşaqlar burada səhnəyə qoyulmuş “Yatmış gözəl” tamaşasını izlədilər və Yeni 2015-ci ilin gəlişini və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd etdilər. Tədbirin sonunda Şaxta Babanın və Qar Qızın təbrikləri səsləndi və hədiyyələr paylandı.

CPC tərəfdən tədbirdə Inzibati islər üzrə inspektor Gülnarə Ismayilova və Ümumi işlər üzrə mütəxəssis Vüsal Aslanov iştirak etdilər.

Qalereya