Valyuta məzənnəsi: $ 1.7 € 1.8238 ₽ 0.0183 ₺ 0.0523
AZ EN RU

Hadisələr

24-cü Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas 2017” sərgi və konfransı

31.05.2017

31 may tarixində Bakı Ekspo Mərkəzində 24-cü Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas 2017” sərgi və konfransı öz işinə başladı. , “Caspian Oil & Gas” sərgisi Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən dəstəklənir.

Sərginin təntənəli açılış mərasiminə rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu əlamətdar hadisə münasibəti ilə iştirakçı, qonaq və təşkilatçıları təbrik etdi. Ölkə başçısı öz çıxışında enerji kompleksinin ölkə iqtisadiyyatındakı rolunu vurğulayaraq, artıq iyirmi ildən çox müddət ərzində sənayenin ən mühüm tədbiri olan neft-qaz sərginin aktuallığını və populyarlığını qiymətləndirdi. Ölkə başçısının sözlərinə görə, Azərbaycanda “Caspian Oil & Gas” sərgisinin keçirilməsi əlamətdar hadisədir. Sərgi 24-cü dəfə keçirilir və bu çox parlaq göstəricidir, belə ki, sərginin ekspozisiyası azalmayıb, əksinə artıb.

Bu il 15 illiyini qeyd edən "Caspian Pipe Coatings" (CPC) MMC ənənəvi olaraq sərgidə iştirak edərək müəssisənin tarixi, imkanları və potensialı, icra edilmiş layihələr, əldə olunmuş nailiyyətlər və mükafatlardan danışan sərgi stendi və xüsusi hazırlanmış korporativ video çarx vasitəsilə qonaqlar və ziyarətçiləri ətraflı məlumat ilə tanış etdi.

CPC-nin sərgidə iştirakının səmərəliyinin artırılması məqsədilə müəssisənin bir çox şöbələrinin əməkdaşları sərgiyə cəlb olunmuşdular. Sərginin davam etdiyi 4 gün ərzində CPC-nin stendinə bir sıra xarici və yerli şirkətlərin nümayəndələri və sərgi ziyarətçiləri yaxınlaşmış və müəssisənin əsas fəaliyyət göstərdiyi sahələr haqqında dolğun məlumat almışdırlar.
1-2 iyun tarixində “JW Marriott Absheron Baku” otelində 24-cü “Caspian Oil&Gas 2016” beynəlxalq konfransının açılış mərasimi keçirilmişdir. Aparıcı şirkətlərin rəhbər menecerlərini, habelə sahə nazirliklərinin nümayəndələrini və nüfuzlu ixtisas ekspertlərini vahid müzakirə meydançasında bir araya gətirən neft-qaz forumu bu sənaye sahəsinin inkişafı üzrə aktual məsələlər haqqında fikir mübadiləsi üçün imkan yaradır.

Konfransda dünyanın 30 ölkəsini təmsil edən 400 nəfərə yaxın nümayəndə iştirak edib. Dünyanın müxtəlif ölkələrindən 40 nəfərdən çox natiq, o cümlədən aparıcı ekspertlər, dövlət strukturlarının nümayəndələri, iri neft-qaz şirkətlərinin rəhbərləri aşağı neft qiymətləri şəraitində enerji daşıyıcılarının hasilatı, idarə olunması və nəqli üzrə əsas məsələlər xüsusunda məruzələrlə çıxış edirlər. “Caspian Oil & Gas” sərgisini müşayiət edən konfransda regionun aktual sualları müzakirə olunacaq. Plenar sessiyanın mövzusu “Azərbaycanın dünya enerji bazarında rolu, aparıcı layihələrin cari vəziyyəti və strateji inkişaf perspektivləri” oldu.
Konfransda “Caspian Pipe Coatings” (CPC) MMC-ni müəssisənin Direktoru Azər N. İsayev, Direktor müavini Rasim Mustafayev, Maliyyə və mühasibatlıq şöbəsinin meneceri Anar Məmmədov, Texniki işlər üzrə menecer Təbriz Cəbrayılov, Zavod/İstehsalat üzrə menecer İlham Zeynalov, Təchizat və logistika üzrə menecer müavini Elçin Əliyev, Təchizat üzrə koordinator Elxan Cəfərov və İstehsalat üzrə koordinator Anar Məhərrəmov təmsil etmişdir.