Valyuta məzənnəsi: $ 1.7 € 1.8227 ₽ 0.0185 ₺ 0.0522
AZ EN RU

Hadisələr

Termal örtükləmə üzrə Amerika Birləşmiş Ştatlarda təlim

13.04 - 10.05.2019

Fransanın "Total" şirkəti Xəzərin Azərbaycan sektorundakı "Abşeron" qaz yatağının işlənməsi layihəsi çərçivəsində Termal izolyasiya texnologiyasının tətbiq edilməsi vasitəsilə qaz boru xəttinin tikintisi üçün mühəndis hesabatlarının hazırlanması və layihələndirmə işlərini Saipem/BOS Shelf/StarGulf Konsorsiumuna həvalə etmişdir. Bununla əlaqədar olaraq, Saipem və BOS Shelf şirkətləri tərəfindən Abşeron layihəsi daxilində qaz boru xəttinin tikintisi üçün istifadə olunacaq boruların 3 LPP korroziya əleyhinə izolyasiya və Termal izolyasiya texnologiyası tətbiq edilərək CPC-də örtüklənməsi üçün Tenderə dəvət sorğuları daxil olmuşdur.

Tender prosesinin nəticəsi olaraq hazırda CPC, “Abşeron” Layihəsi çərçivəsində korroziya əleyhinə izolyasiya üzrə boru örtükləmə iş həcmini həyata keçirir. Abşeron Layihəsinin növbəti mərhələsinin icrası zamanı CPC-də yeni texnologiyanın tətbiq olunması və bunun üçün tələb olunan avadanlıqların 2019-cu ilin sonunadək CPC-nin boru izolyasiya sexində quraşdırılaraq ixtisaslaşdırılması SOCAR və Total şirkətləri arasında razılaşdırılmışdır. SOCAR və Total şirkətlərinə təqdim edilmiş və yeni avadanlıqların alınması və montaj edilməsi haqqında CPC və Star Gulf FZCO arasında müvafiq müqaviləyə əsasən mühəndislik və yeni avadanlıqların təchiz edilməsi ilə bağlı CPC və SCNBV şirkəti arasında mühəndislik və zavodun ixtisaslaşdırılmasına dəstək haqqında müqavilələr imzalanmışdır.

SOCAR və Total şirkətlərinə təqdim edilmiş Tədbirlər Planında CPC əməkdaşlarının yeni texnologiyanın tətbiq edilməsi ilə bağlı müvafiq nəzəri və praktiki biliklərə yiyələnməsi üçün bu sahədə Beynəlxalq səriştəyə malik şirkət tərəfindən təlimlərə cəlb edilməsi mühüm şərtlərdən biri olaraq öz əksini tapmışdır. Beləliklə, yoxlama-sınaq fazasında iştirak edəcək CPC əməkdaşlarının yeni texnologiyanın istismarına dair tələb olunan nəzəri və praktiki biliklərə yiyələnməsi mühüm əhəmiyyət kəsb etdiyi üçün təlimin aprel-may ayları ərzində SCNBV-nin Termal örtükləmə üzrə hazırda istehsal fəaliyyətində olan, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Texas ştatının Houston şəhərində yerləşən Channelview zavodunda həyata keçirilməsi qərara alınmışdır. CPC-nin 6 nəfərdən ibarət aparıcı mütəxəssis qrupu 13 aprel-10 May 2019-cu il tarixlərində Termal örtükləmə üzrə praktiki sahələri əhatə edən təlimdə iştirak üçün ABŞ-ın Houston şəhərinə ezam edilmiş və təlimi uğurla başa vuraraq Termal izolyasiya üzrə müvafiq setifikatlarla təltif edilmişlər.

Əminik ki, SCNBV tərəfindən CPC mütəxəssisləri üçün təşkil edilmiş uzunmüddətli təlim zamanı əldə edilən bilik və təcrübə gələcəkdə CPC-də icra olunacaq Termal örtükləmə üzrə layihələrdə öz tövhəsini verəcəkdir.