Valyuta məzənnəsi: $ 1.7 € 1.8758 ₽ 0.0178 ₺ 0.0497
AZ EN RU

Hadisələr

“Caspian Pipe Coatings” şirkətinin nümayəndə heyəti “EUPEC” şirkətinin Almaniya və Fransa zavodlarına səfər etmişdirlər

20-27.07.2011

20-27 İyul 2011-ci il tarixlərindən “Caspian Pipe Coatings”(CPC) şirkətinin nümayəndələri “EUPEC” şirkətinin Almaniyada yerləşən betonla örtükləmə zavodunda və Fransada yerləşən korroziyaya qarşı və betonla  örtükləmə zavodlarında, Boru örtükləməsi sahəsində təcrübəni artırmaq məqsədi ilə səfər etmişirlər. İstehsal müəssisələri ayrı-ayrı ölkələrdə yerləşdiyindən  səfər iki hissəyə bölünmüşdür. Birinci hissədə CPC-nin nümayəndə heyəti Almaniyanın Baltik dənizinin sahilində yerləşən Mukran beton örtükləmə zavoduna  səfər etmişdirlər. Burada nümayəndə heyətini istehsal sahəsinin rəhbəri və digər departamentlərin rəhbərləri qarşıladırlar və iclas otağına dəvət etdilər.

CPC nümayəndələrinə EUPEC Mukran beton örtükləmə zavodu haqqında və hal-hazırda müəssisədə həyata keçirilən “Nord Steram” Layihəsi haqqında ümumi məlumat verildi. CPC adından şirkətin Direktoru Azər N. İsayev görüş iştirakçılarını salamladı, CPC  və hal hazırda icra olunan  “Çıraq Neft Layihə”-si haqqında qısa məlumat verdi. Daha sonra  “Şahdəniz Faza-2 ” Layihəsi haqqında məlumat verdi. EUPEC Mukran zavodunda “Nord Steram” Layihəsi çərçivəsində Keyfiyyətə nəzarət, SƏTƏMM sistemi və Keyfiyyətin İdarə olunması Sistemi haqqında təqdimatı müvafiq sahələrə cavabdeh olan menecerlər etdilər. Təqdimatdan sonra EUPEC Mukran zavodunun SƏTƏMM üzrə meneceri CPC nümayəndələrinə SƏTƏMM qaydaları haqqında təlimat keçdi.

Daha sonra CPC nümayəndələri EUPEC Mukran zavodunda “Nord Steram” Layihəsində istifadəsi nəzərdə tutulan 48 düymlük boruların betonla örtüklənməsi prosesinin pillə-pillə müşahidə etdilər. EUPEC Mukran zavodunda istifadə olunan texnoloji proses nəticəsində boruların örtüklənməsində sıxılma metodundan istifadə olunur. EUPEC Mukran zavodunda Keyfiyyətə nəzarət boruların istehsala daxil olduğu andan istehsalın son səviyyəsinə kimi həyata keçirilir. Anodların quraşdırılması borulara beton örtüyü çəkiləndən əvvəl həyata keçirilir. CPC nümayəndələri EUPEC Mukran zavodunda keyfiyyətə nəzarətin təşkil olunması və istehsal zamanı tətbiq olunması yəni xammalın qəbul olunması, anbarda yerləşdirilməsi, istehsala yönəlməsi, istehsaldan sonrakı səviyyələrdə keçirilən laboratoriya testlərini müşahidə etdilər və bir sıra testləri yerinə yetirdilər.

Səfərin sonunda CPC nümayəndələri EUPEC Mukran zavodunun kollektivinə öz minnətdarlıq- larını bildirdilər və  müvəffəqiyyət arzuladılar.

Səfərin ikinci hissəsində CPC nümayəndələri rusanın Dunkerk liman şəhərində yerləşən EUPEC şirkətinə aid olan müəssisələrə səfər etdilər. İlk əvvəl səfər De Grange-Synthe  adlı istehsal sahəsindən başladı. Bu istehsal sahəsində boruların xarici səthinin korroziyaya qarşı izolyasiya və termal izolyasiya və termal izolyasiya işləri yerinə yetirilir. CPC nümayəndələri üçün bu sahədə tanışlığı EUPEC şirkətinin Keyfiyyətə nəzarət, KSƏTƏMM və Betonla örtükləmə üzrə menecer tərəfindən həyata keçirildi.

Burada CPC nümayəndələrinə zavodda tətbiq olunan izolyasiyalar və texnoloji proses haqqında ümumi məlumat verildi. Daha sonra CPC nümayəndələri EUPEC şirkətini daxili izolyasiya işlərini yerinə yetirən istehsal sahəsinə səfər etdilər. De Grange-Synthe  istehsal sahəsinə səfər çərçivəsində CPC nümayəndələri EUPEC şirkətinin laboratoriyasında oldular. CPC nümayəndələri laboratoriyada istifadə olunan avadanlıqlarla tanış oldular və eyni zamanda həyata keçirilən testləri müşahidə etdilər. Səfərin son günündə CPC nümayəndələri EUPEC şirkətinin boru dirsəklərinin izolyasiyası ilə məşğul olan istehsal sahəsinə səfər etdilər.

Həmin vaxt burada “Çıraq Neft Layihəsi”-nin icrasında istifadəsi nəzərdə tutulan boru dirsəklərinin izolyasiyası həyata keçirilirdi. CPC nümayəndələri işin gedişatı ilə tanış odular və eyni zamanda istehsal sahəsinin meneceri boru dirsəklərinin izolyasiyasında istifadə olunan texnoloji proses haqqında məlumat verdilər. Səfərin sonunda CPC nümayəndələri Gravelin zavodunda betonla örtüklənmə  sahəsinin laboratoriyasında oldular. CPC adından səfərdə şirkətin Direktoru Azər N. İsayev, İstehsal üzrə koordinator İlham Zeynalov, Keyfiyyətə nəzarət üzrə koordinator Pərviz Babayev, BB/KN laboratoriya nəzarətçisi Vüsal Zeynalov iştirak etmişdirlər.

Qalereya