Valyuta məzənnəsi: $ 1.7 € 1.8246 ₽ 0.0185 ₺ 0.0525
AZ EN RU

Hadisələr

Tiflis. Nizami Məmmədzadə - APA

29-30.03.2011

Tiflis. Nizami Məmmədzadə - APA.

http://az.apa.az/xeber_Tiflisde_beynelxalq_neft-qaz_konrusi__217476.html

Bu gün Tiflisdə (Gürcüstan) Beynəlxalq Neft, Qaz, İnfrastruktur və Enerji Konrusı başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, iki gün davam edəcək tədbirdə 150-yə qədər qonaq iştirak edib. Konrusda Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, Avropa Birliyinin Gürcüstan nümayəndəliyinin rəhbəri Filip Dmitrov, BP-nin baş direktoru, digər nazirliklərin və şirkətlərin nümayəndələri çıxış ediblər.

Konrusda Azərbaycanın həyata keçirdiyi beynəlxalq neft, qaz və infrastruktur layihələrinin böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. Konrusda Azərbaycanın beynəlxalq qaz təchizatçısı kimi “Şahdəniz” neft və qaz yatağının ikinci fazası barədə film nümayiş etdirilib. Tədbirdə Azərbaycanı təmsil edən Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin enerji üzrə eksperti Gülmirə Rzayeva da çıxış edib.

Gülmirə Rzayeva jurnalistlərə açıqlamasında konrusın enerji təhlükəsizliyi baxımından vacib olduğunu bildirib: “Mən konrusdakı çıxışımda Azərbaycanın enerji təhlükəsizliyinə dair mövqeyini iştirakçılara çatdırdım, Azərbaycanın Avropa bazarındakı rolundan danışdım. Qeyd etdim ki, , 2017-ci ildə “Şahdəniz” neft və qaz yatağının ikinci fazasına başlandıqdan sonra Azərbaycan Avropa bazarına daxil olmaq və mövqeyini möhkəmləndirmək niyyətindədir. Bu o demək deyil ki, Azərbaycan Avropa bazarında bir qaz ixrac edən monopolist dövlətə və yaxud “Qazprom” kimi bir şirkətə çevriləcək. Sadəcə, biz o bazara daxil olum mövqelərimizi möhkəmləndirmək və Avropa bazarında vacib bir oyunçuya çevrilmək istəyirik. Çünki Avropa bazarında 500 mln. nəfər qaz istifadəçisi var, bu bazar ən gəlirli və hüquqi baxımdan ən yaxşı tənzimlənən bazardır”.

G.Rzayeva Avropa bazarında ən yaxşı rola malik olmaq üçün Azərbaycanın kifayət qədər resurslara malik olduğunu bildirib. Onun sözlərinə görə, “Şahdəniz” layihəsinin ikinci fazası həyata keçirildikdən sonra Azərbaycanın qaz istehsalı 55 mlrd. kubmetrə çatacaq: “Bu, kifayət qədər böyük bir rəqəmdir. Həmin il daxili istehlak üçün 14 mlrd. kubmetr, xaricə ixrac üçün isə 35-40 mlrd. kubmetr qaz nəzərdə tutulub. Hətta ARDNŞ-dən alınan rəsmi məlumata görə, bu rəqəm 70 mlrd. kubmetrə də çata bilər. Təbii ki, bu cür qaz istehsal edən potensiala malik bir ölkə kimi Azərbaycan Avropa bazarında mühüm rol əldə edə, Şərqi və Mərkəzi Avropa ölkələrinin engiyadan asılılığını bir neçə dəfə azalda bilər”.

 

Qalereya