Valyuta məzənnəsi: $ 1.7 € 1.8082 ₽ 0.0181 ₺ 0.0522
AZ EN RU

Hadisələr

CPC-də Xocalı faciəsinə həsr edilmiş tədbir keçirildi

26.02.2020

26 fevral 2020-ci il tarixində “Caspian Pipe Coatings” MMC-nin (CPC) baş ofisində Xocalı faciəsinə həsr edilmiş tədbir keçirildi. Tədbirdə CPC-nin rəhbərliyi və əməkdaşları iştirak etdilər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt edərək və dinc əhalini vəhşicəsinə qətlə yetirərək soyqırım törətdilər.

Tədbirdə CPC-nin rəhbər heyəti və əməkdaşları Xocalı soyqırımının ildönümünə həsr edilmiş tədbirdə dünyasını dəyişmiş həmvətənlərimizin xatirəsini yad etdilər və Xocalı soyqırımını əks etdirən videoçarxı izlədikdən və təqdimatı dinlədikdən sonra Xocalı soyqırımının dünyada tanınması prosesi barədə və beynəlxalq tədbirlərin təşkil olunması haqqında söz açdılar. Daha sonra CPC kollektivi Xocalı soyqırım qurbanlarının xatirəsinə ucaldılmış heykəli ziyarət edərək abidə önünə gül dəstələri qoydular.

Qalereya