Valyuta məzənnəsi: $ 1.7 € 1.8205 ₽ 0.0184 ₺ 0.0522
AZ EN RU

Hadisələr

20 yanvar faciəsinin 30-cu ildönümünə həsr edilmiş tədbir

17.01.2020

17 yanvar 2020-ci il tarixində “Caspian Pipe Coatings” MMC (CPC) şirkətinin baş ofisində 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr edilmiş tədbir keçirildi. Tədbirdə CPC-nin rəhbərliyi və əməkdaşları iştirak etdilər.

Tədbirin əvvəlində 20 yanvar faciəsi haqqında qısa videoçarx nümayiş etdirildi. Bundan sonra, CPC-nin Direktoru cənab Azər N. İsayev giriş sözü ilə çıxış etdi və faciə və onun qurbanları haqqında tədbir iştirakçılarına qısa məlumat verdi. Faciə qurbanları bir dəqiqəlik sükutla yad edildi.

Tədbirin sonunda CPC rəhbəri tədbir iştirakçılarına tədbirə qatıldıqlarına görə təşəkkür etdi.

17 yanvar 2020-ci il tarixində CPC rəhbərliyinin təşəbbüsü ilə Şəhidlər Xiyabanına səfər təşkil edildi. Bu səfərdə CPC rəhbərliyi və əməkdaşları iştirak etdilər.

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin qəbirləri ziyarət edildi və onların üzərinə qərənfillər qoyuldu. Bundan sonra kollektiv şəkil çəkildi.

 

Qalereya