Hadisələr
CPC-də Ulu öndər, mərhum Prezident Heydər Əliyevin anım mərasimi keçirildi
11.12.2019
11 dekabr 2019-cu il tarixində “Caspian Pipe Coatings” MMC-nin baş ofisində ulu öndər, xalqımızın ümummilli lideri, mərhum Prezident Heydər Əliyevin anım mərasimi keçirildi.
Keyfiyyətə nəzarət üzrə mütəxəssis Asəf Orucov Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verdi. Ulu öndərin Azərbaycanda elmin, təhsilin, iqtisadiyyatın, yüngül və ağır sənayenin və neft strategiyasının inkişafında oynadığı rol xüsusən qeyd olundu. Məhz onun sayəsində Azərbaycanın dünyada neft və qaz ölkəsi kimi tanındığı və liderin 16 il əvvəl dünyasını dəyişməsinə baxmayaraq, özündən sonra qoyduğu irsin davam etdirildiyi vurğulandı.
Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Bundan sonra, tədbir başa çatdı.