Valyuta məzənnəsi: $ 1.7 € 1.8152 ₽ 0.018 ₺ 0.0523
AZ EN RU

Hadisələr

“Abşeron EPS” və Yenidənqurma layihələri haqqında məlumat

23.04.2019

SOCAR və Fransanın "Total" şirkəti arasında əldə edilmiş razılığa əsasən Xəzərin Azərbaycan sektorundakı “Abşeron” qaz-kondensat yatağının operatorluğu JOCAP Birgə İstismar Şirkətinə həvalə edilmişdir. Layihə çərçivəsində qaz boru xəttinin tikintisi üçün optimal mühəndis hesabatlarının hazırlanması və layihələndirmə işləri Saipem/BOS Shelf/StarGulf Konsorsiumuna həvalə edilmişdir. Bununla əlaqədar olaraq, Saipem və BOS Shelf şirkətləri tərəfindən Abşeron layihəsi daxilində qaz boru xəttinin tikintisi üçün istifadə olunacaq borulara korroziya əleyhinə 3 LPP və Termal izolyasiya texnologiyaları tətbiq edilərək CPC-də örtüklənməsi üçün Tenderə dəvət sorğuları daxil olmuşdur.

Tender prosesinin nəticəsi olaraq, ümumi uzunluğu 22,601.90 metr olan boruların 3 qat polipropilenlə örtüklənməsi üzrə iş həcminin icrası haqqında CPC və Saipem/BOS Shelf/StarGulf Konsorsiumu arasında 06 avqust 2018-ci il tarixində Müqavilə imzalanmışdır. CPC, Layihə çərçivəsində boruların 3 qat polipropilenlə örtüklənməsi işlərini Layihə tələblərinə uyğun olaraq 19 mart 2019-cu il tarixində yüksək keyfiyyətlə başa çatdırmışdır və hazırda boruların quraşdırma məqsədilə BOS-Şelf LLC ərazisinə daşınmasına hazırlıq görülür.

Eyni zamanda, Abşeron Layihəsinin növbəti mərhələsinin icrası zamanı CPC-də Termal izolyasiya texnologiyasının tətbiq olunması və bunun üçün tələb olunan avadanlıqların 2019-cu ilin sonunadək CPC-nin boru izolyasiya sexində quraşdırılaraq istismara verilməsi SOCAR və Total şirkətləri arasında razılaşdırılmışdır. Bununla əlaqədar olaraq, CPC tərəfindən boru izolyasiya sexində yeni texnologiyanın quraşdırılması üçün tələb olunan mühəndislik, yeni avadanlıqlar və quraşdırma işləri barədə Tədbirlər planı hazırlanaraq SOCAR və Total şirkətlərinə təqdim edilmişdir. CPC zavodunda Termal örtükləmə texnologiyasının tətbiqi proqramı çərçivəsində yeni avadanlıqların alınması və montaj edilməsi haqqında CPC və Star Gulf FZCO arasında SUBCONTRACT müqaviləsi imzalanaraq 17 noyabr 2018-ci il tarixindən qüvvəyə minmişdir. Yenidənqurma işlərinin aparılması üçün CPC ilə "Bauhuis" və "Shawcor" şirkətləri arasında avadanlıqların təchizatı və xidmət müqavilələri imzalanmışdır. Layihə çərçivəsində nəzərdə tutulmuş avadanlığın CPC-yə gətirilməsi, quraşdırılması, modifikasiya işlərinin və sınaq testlərinin aparılması planlaşdırılır.