Valyuta məzənnəsi: $ 1.7 € 1.8152 ₽ 0.018 ₺ 0.0523
AZ EN RU

Hadisələr

Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbir

26.02.2019

26 fevral 2019-cu il tarixində “Caspian Pipe Coatings” MMC-nin (CPC) baş ofisində Xocalı faciəsinə həsr edilmiş tədbir keçirildi. Tədbirdə CPC rəhbərliyi və əməkdaşları iştirak etdilər.

Tədbirin əvvəlində CPC-nin Direktoru cənab Azər N. İsayev giriş sözü ilə çıxış etdi və Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış bu faciə və onun qurbanları haqqında tədbir iştirakçılarına qısa məlumat verdi. O, Azərbaycanın üzləşdiyi bu ədalətsizliyə son qoyulacağına ümid etdiyini bildirdi.

Xocalı faciəsi haqqında qısa videoçarx nümayiş etdirildi.

Sonra CPC-nin əməkdaşları Xocalı faciəsi, erməni silahlı dəstələrinin törətdiyi vəhşiliklər və bu cür qeyri-insani hərəkətlər nəticəsində həyatını itirmiş və sağ qalmış insanlar haqqında məlumat verdilər. Eyni zamanda bəzi əməkdaşlar Azərbaycan xalqına qarşı atılmış hər bir addımın və Qarabağ məsələsinin həm siyasi, həm iqtisadi və lazım gələrsə güc yolu ilə həll ediləbilmə imkanları barədə müzakirələr etdilər.

Tədbirin sonunda CPC-nin Direktoru cənab Azər N. İsayev əməkdaşlara tədbirdə iştirak etdiklərinə görə təşəkkür etdi. O, Azərbaycan ordusunun Dağlıq Qarabağ və ətraf əraziləri azad edərkən, orada yaşayan erməni mülki əhalisinə qarşı bu cür vəhşiliklərə yol verilməyəcəyinə əmin olduğunu və münaqişənin dinc yolla həll ediləcəyinə ümid etdiyini bildirdi və onun təklifi ilə faciə qurbanları bir dəqiqəlik sükutla yad edildi.

Qalereya