Valyuta məzənnəsi: $ 1.7 € 1.8198 ₽ 0.0182 ₺ 0.0522
AZ EN RU

Hadisələr

Milli Qurtuluş günü və Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr edilmiş tədbir

14.06.2017

Bu gün CPC-də rəhbərlik və aparıcı mütəxəssislər heyətinin iştirakı ilə Azərbaycan xalqının Milli Qurtuluş günü və Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr edilmiş tədbir keçirildi. Tədbir iştirakçılarına Azərbaycan xalqının Ümummilli liderı Heydər Əliyevin həyatından danışan film təqdim olundu. Filmə baxdıqdan sonra əməkdaşlar o günləri əhatə edən xatirələri ilə bölüşdü.

Növbəti nümayiş olunan film Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tarixindən danışdı. Tədbir iştirakçıları filmdə göstərilən tarixi faktlar barəsində müzakirə apardılar.

 

Qalereya