Valyuta məzənnəsi: $ 1.7 € 1.8055 ₽ 0.018 ₺ 0.0522
AZ EN RU

Hadisələr

Xocalı soyqırımının ildönümünə həsr edilmiş tədbir

24.02.2017

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt edərək və dinc əhalini vəhşicəsinə qətlə yetirərək soyqırım törətdılər.

CPC əməkdaşları Xocalı soyqırımının ildönümünə həsr edilmiş tədbirdə dünyasını dəyişmiş həmvətənlərimizin xatirəsini yad edərək, Xocalı soyqırımının dünyada tanınması prosesi haqqında, beynəlxalq tədbirlərin təşkil olunması haqqında söz açdılar. Xocalı soyqırımıdan danışan sənədli filmə baxdıqdan sonra isə soyqırım qurbanlarının xatirəsinə ucaldılmış heykəl önünə gedərək gül dəstələri qoydular.

Qalereya