Valyuta məzənnəsi: $ 1.7 € 1.8399 ₽ 0.0185 ₺ 0.0526
AZ EN RU

Hadisələr

Dövlət Bayrağı günü və Konstitusiya gününə həsr edilmiş tədbir

04.11.2016

Ənənəvi olaraq, 4 noyabr 2016-cı il tarixində CPC-də Azərbaycan Respublikasının Dövlət Bayrağı günü və Konstitusiya gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə müəssisə rəhbərliyi, aparıcı mütəxəssislər və “Şahdəniz-2” layihəsində CPC-nin tərəfdaşı “Shawcor” şirkətinin nümayəndələri iştirak etdilər.
Tədbirdə Keyfiyyətə zəmanət üzrə koordinator Azər Əhmədov, Maliyyə və mühasibatlıq şöbəsinin meneceri Anar Məmmədov və CPC əməkdaşları Dövlət Bayraq Günü və Konstitusiya Gününə həsr edilmiş təqdimatlarla yığıncaq iştirakçiları qarşısında çixış etdilər. 

Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Qalereya