Valyuta məzənnəsi: $ 1.7 € 1.8152 ₽ 0.018 ₺ 0.0523
AZ EN RU

Hadisələr

20 sentyabr Neftçilər Günü

20.09.2016

Bu gün CPC-də Neftçilər Günü münasibətilə tədbirlər keçirilmişdir. Səhər saatlarında müəssisə əməkdaşları ərazidə iməcilik keçirdilər, günün ikinci yarasında isə “Nobel” iclas və təlim otağında toplanaraq Neftçilər Günü-nə həsr edilmiş yığıncaqda iştirak etdilər. Yiğıncaq zamanı Azərbaycanın neft sənayesinin tarixi və Neftçilər Günü-nun Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qeyd olunması qərarı haqqında hazırlanmış video çarx nümayiş olundu, rəhbərliyin və əməkdaşların çıxışları oldu. Daha sonra “Caspian Pipe Coatings” MMC-də “Şahdəniz - 2” layihəsinin icrası ilə əlaqədar fəaliyyətə görə müəssisənin Mexaniki-qaynaq işləri üzrə briqadiri Rəfael Məmmədyarov, Kran operatoru Bəhram Qənbərov və Mühasib – xəzinədarı Orxan Bayramov Təşəkkür məktubları ilə təltif olundular.