Valyuta məzənnəsi: $ 1.7 € 1.8399 ₽ 0.0185 ₺ 0.0526
AZ EN RU

Hadisələr

“Şahdəniz-2” layihəsi çərçivəsində betonla örtüklənmiş sonuncu boru ilə bağlı tədbir

10.12.2015

10 dekabr 2015-ci il tarixində “CaspianPipeCoatings” MMC-ninistehsalat sahəsində “Əsrin Müqaviləsi” çərçivəsində həyata keçirilən “Şahdəniz-2” layihəsinin boruların betonla örtükləmə mərhələsinin yekunlaşması və davam edən layihə çərçivəsində örtüklənmiş boruların təyinatı üzrə dənizaltı quraşdırılma məntəqəsinə daşınması mərhələsinə keçid alması ilə əlaqədar sonuncu borunun beton örtüklənməsi münasibətilə tədbir keçirildi.

Tədbirdə, “Şahdəniz-2” layihəsinin icrasını həyata keçirən və Xəzəryanı regionda boru örtükləməsi sahəsində tək tərəfdaş olan “CaspianPipeCoatings” MMC şirkətinin Direktoru Azər N. İsayev, Layihə meneceri Eldəniz Hacıməmmədov, İstehsalat üzrə menecer İlham Zeynalov, SOCAR və CPC üzrə məsləhətçi Yan Sanders, Layihə Alyansının Operatoru olaraq fəaliyyət göstərən ShawCorNederland B.V. şirkətinin nümayəndələri - Alyansın direktoru Mark Taylor, Layihə direktoru Tom Tonnessen, Zavod meneceri Rob Wilson, eləcə də “Şahdəniz-2” layihəsinin sifarişçisi olan BP şirkətindən Sahə nümayəndəsi PaulDiamond və boru örtükləmə, beton örtükləmə, boru sahəsi və keyfiyyətə nəzarət sektorlarında fəaliyyət göstərən əməliyyat heyəti və istehsalatda çalışan əməkdaşlar iştirak etdilər.


Tədbirin əvvəlində CPC-nin Direktoru Azər N. İsayev açılış sözü ilə çıxış edərək, sonuncu borunun beton örtüklənməsi və layihənin növbəti mərhələsinə keçid alınması münasibətilə tərəfdaşşirkətləri və “Şahdəniz-2” layihəsinə öz töhfəsini verən və bu layihədə çalışan bütün əməkdaşları CPC-nin adından təbrik etdi və layihənin bundan sonrakı gedişatında da istehsalat, keyfiyyət və təhlükəsizlik baxımından yüksək göstəricilərin olacağını və əsas hədəf olaraq layihənin uğurla başa çatdırılacağını qeyd etdi.

CPC-nin Direktoru Azer N. İsayevin çıxışının ardından ShawCorNederland B.V. şirkətinin nümayəndəsi – Alyansın direktoru MarkTaylorShawCor şirkəti adından həmin təbrikə qoşularaq, “Şahdəniz-2” layihəsinin yekunlaşan mərhələsində icra olunan bütün işləri keyfiyyətli şəkildə və təhlükəsiz olaraq yerinə yetirdiklərinə görə bütün əməkdaşlara öz təşəkkürünü bildirdi.

Son olaraq “Şahdəniz-2” layihəsinin sifarişçisi - BP şirkətinin nümayəndəsi PaulDiamond, layihəni müvafiq olaraq podratçı və subpodratçı qismində icra edən ShawCorNederland B.V. şirkətinin və “CaspianPipeCoatings” MMC şirkətinin rəhbərliyini və bütün əməkdaşları bu dövlət əhəmiyyətli mərhələnin başa çatması münasibətilə BP şirkətinin adından təbrik edərək, onlara “Şahdəniz-2” layihəsi çərçivəsində göstərdikləri bütün fəaliyyətləri və icra etdikləri bütün işləri xüsusilə təhlükəsizlik qaydalarını əsas alaraq həyata keçirdikləri üçün öz təşəkkürünü bildirdi.