Valyuta məzənnəsi: $ 1.7 € 1.8205 ₽ 0.0184 ₺ 0.0522
AZ EN RU

Hadisələr

Fərqlənən əməkdaşlar mükafatlandırıldı

08.10.2015

8 Oktyabr 2015-ci ildə “Caspian Pipe Coatings” MMC-nin (CPC) İstehsalat Ofisində Avqust və Sentyabr ayları üzrə əmək fəaliyyətlərində fərqlənən əməkdaşların mükafatlandırılması ilə bağlı tədbir keçirildi. Tədbirdə CPC şirkətinin rəhbərliyi, əsas ofisinin işçiləri, istehsalatda çalışan əməkdaşları və icra olunan layihənin sifarişçisi olan Bredero Shaw şirkətinin rəhbər nümayəndələri və əməkdaşları iştirak etdilər.

Tədbirin əvvəlində CPC-nin direktoru Azər N. İsayev tədbir iştirakçılarını və bütün kollektivi salamladı və fərqlənən əməkdaşlara Şahdəniz – 2 Layihəsinə verdikləri töhfəyə görə öz təşəkkürünü bildirdi.


Əlavə olaraq CPC-nin direktoru Azər N. İsayev və Bredero Shaw şirkətinin rəhbəri cənab Mark Taylor layihənin icrası dövründə təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməsi, şirkət daxili və qanunvericiliklə tənzimlənən təhlükəsizlik qaydalarına ciddi riayət olunması ilə bağlı öz tövsiyələrini verərək, bu istiqamətdə əlavə texnikalar və proseduralar işləyib hazırlaması üçün Keyfiyyətə Zəmanət Şöbəsinə müvafiq təlimatlar verdilər.


Daha sonra CPC-nin direktoru Azər N. İsayev 2015-ci İyun və İyul ayları üzrə əmək fəaliyyətlərində fərqlənən əməkdaşlara mükafatların təqdim olunması üçün sözü CPC-nin Kadrlar Şöbəsi üzrə nəzarətçisi Samir Əliyevə verdi. Kadrlar Şöbəsinin nəzarətçisi təltif olunan əməkdaşları təqdim etdi. Ayın ən yaxşı işçisi, təhlükəsizlik üzrə lider işçisi və fərqlənən işçisi nominasiyaları üzrə istehsalat və qeyri-istehsalat sahəsindən CPC-nin 6 əməkdaşına müvafiq sertifikatlar və qiymətli hədiyyələr təqdim edildi. Bununla yanaşı, Bredero Shaw şirkətinin anbardar vəzifəsində çalışan əməkdaşı Timur Kazakov`a “CPC ərazisində Bredero Shaw şirkətinin təhlükəsizlik üzrə lider işçisi” nominasiyası üzrə mükafat verildi.


Sonda, mükafatlandırılmış əməkdaşlar CPC-nin direktoru Azər N. İsayevlə və Bredero Shaw şirkətinin rəhbəri cənab Mark Taylorla birlikdə xatirə şəkli çəkdirdilər.