Valyuta məzənnəsi: $ 1.7 € 1.8043 ₽ 0.0181 ₺ 0.0524
AZ EN RU

Hadisələr

Dövlət Bayrağı Günü və Konstitusiya Günü ilə bağlı tədbir keçirdi

06.11.2015.

“Caspian Pipe Coatings” MMC-nin (CPC) Nobel zalında Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Konstitusiya Günü ilə bağlı tədbir keçirildi. Tədbirdə CPC şirkətinin rəhbər heyəti, əsas ofisinin işçiləri, istehsalatda çalışan əməkdaşları iştirak etdilər.

Tədbirin əvvəlində CPC-nin direktor müavini Rasim Mustafayev tədbir iştirakçılarını salamladı və bütün kollektivi Azərbaycanın Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə təbrik etdi. Daha sonra CPC-nin direktor müavini 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladığı və həmin il dekabrın 4-də Milli Məclisin noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirdiyi barədə məlumat verdi. Direktor müavini eyni zamanda 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilmiş Müstəqil Azərbaycanın Konstitusiyasının 1995-ci il noyabrın 27-dən qüvvəyə mindiyini və Azərbaycanın noyabrın 12-ni artıq 20 ildir ki, Konstitusiya Günü olaraq qeyd etdiyini də vurğuladı. Bu çıxışın ardınca, CPC-nin direktor müavini Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Konstitusiya Günü ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat təqdim etmələri üçün sözü əməkdaşlara verdi.

CPC-nin əsas ofisinin əməkdaşlarından Asif Ramazanov və istehsalatda çalışan əməkdaşlarından Rüfət Laylabaşlı müvafiq olaraq Azərbaycan Respublikasının Konstitusiya Günü və Dövlət Bayrağı Günü ilə bağlı tədbir iştirakçılarına dolğun məlumat çatdırdılar.

Daha sonra CPC-nin Layihə əməliyyatlarına dəstək və fəaliyyətin qarşıliqlı əlaqələndirməsi üzrə meneceri Eldəniz Hacıməmmədov əməkdaşları qeyd olunan Dövlət Bayrağı və Konstitusiya günü münasibətilə bir daha təbrik edərək, tədbir iştirakçılarına Layihənin gedişatı barədə qısa məlumat verdi. Bununla yanaşı CPC-nin Maliyyə və mühasibatlıq şöbəsinin meneceri Anar Məmmədov, Layihənin uğurla davam etməsi və maliyyə məsələləri ilə bağlı rəhbərliyin verdiyi tövsiyələri əməkdaşlara diqqətinə çatdırdı.

Qalereya