Valyuta məzənnəsi: $ 1.7 € 1.8152 ₽ 0.018 ₺ 0.0523
AZ EN RU

Hadisələr

28 May - Respublika Günü və işçilərin mükafatlandırılmasına həsr olunmuş tədbir

28.05.2015

28 May 2015-ci ildə “Caspian Pipe Coatings” MMC-nin (CPC) İstehsalat Ofisində Azərbaycanın Respublika Günü ilə bağlı tədbir keçirildi. Tədbirdə CPC şirkətinin rəhbərliyi, əsas ofisinin işçiləri, istehsalatda çalışan əməkdaşları və icra olunan layihənin sifarişçisi olan Bredero Shaw şirkətinin nümayəndələri iştirak etdilər.

Tədbirin əvvəlində CPC-nin direktoru Azər N. İsayev tədbir iştirakçılarını salamladı və bütün kollektivi Respublika Günü münasibətilə təbrik etdi. Daha sonra CPC-nin direktoru bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 94 ilinin tamam olduğunu və bu tarixi gündə şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini qeyd etdi.

Daha sonra CPC-nin direktoru Azər N. İsayev 2015-ci Aprel və May ayları üzrə əmək fəaliyyətlərində fərqlənən əməkdaşlara mükafatların təqdim olunması üçün sözü CPC-nin Kadrlar Şöbəsinin meneceri Anjelika Həmidovaya verdi. Kadrlar Şöbəsinin meneceri təltif olunan əməkdaşları təqdim etdi. CPC şirkətinin fərqlənən 7 əməkdaşına müvafiq sertifikatlar və qiymətli hədiyyələr təqdim edildi. Onların arasında CPC-də qısa müddət əvvəl fəaliyyətə başlamış olmasına baxmayaraq CPC-nin iş ərazisində tətbiq edilən təhlükəsizlik normativlərinə ən yüksək səviyyədə riayət edən əməkdaş olaraq Sadiq Gafarov təhlükəsızlık üzrə ayın lider işçisi mükafatına layiq görüldü. Bredero Shaw şirkətinin layihə kordinatoru Dilarə Tağıyevaya “CPC ərazisində Bredero Shaw şirkətinin fərqlənən peşəkar işçisi” nominasiyası üzrə mükafat verildi.

Sonda, mükafatlandırılmış əməkdaşlar CPC-nin direktoru Azər N. İsayevlə xatirə şəkli çəkdirdilər.

 

Qalereya