Valyuta məzənnəsi: $ 1.7 € 1.8152 ₽ 0.018 ₺ 0.0523
AZ EN RU

Hadisələr

Yanvar-mart ayları arasında işdə fərqlənən işçilərin mükafatlandırılması

17.03.2015

17 mart 2015-ci il tarixində “Caspian Pipe Coatings” MMC (CPC) şirkətinin istehsalat ofisində 2015-ci ilin yanvar-mart ayları ərzində əmək fəaliyyətində fərqlənən əməkdaşların mükafatlandırılması ilə əlaqədar olaraq, tədbir keçirildi. Tədbirdə CPC şirkətinin rəhbərliyi, əsas ofisinin işçiləri və istehsalatda çalışan əməkdaşları və yerinə yetirilən layihənin sifarişçisi olan Bredero Shaw şirkətinin əməkdaşları iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan CPC-nin direktoru Azər N. İsayev tədbir iştirakçılarını salamladı və bütün kollektivi Ilaxır Çərşənbə və qarşıdan gələn Novruz Bayramı münasibətilə ürəkdən təbrik etdi və hər kəsə uğurlar arzuladı.

Sonra, şirkət rəhbəri sözü kadrlar şöbəsinin nümayəndəsinə verdi. Kadrlar şöbəsinin nümayəndəsi mükafatların hansı nominasiyalar üzrə verilməsi barədə iştirakçılara məlumat verdi.

CPC şirkətinin fərqlənən əməkdaşlarına müvafiq sertifikatlar və qiymətli hədiyyələr təqdim edildi. Bredero Shaw şirkətinin layihə administratoru Nərgiz Həsənovaya “CPC ərazisində Bredero Shaw şirkətinin fərqlənən peşəkar işçisi” nominasiyası üzrə mükafat verildi.

CPC tərəfindən həyata keçirilən layihə üçün mühüm əhəmiyyət kəsb edən işin vaxtından əvvəl, yüksək peşəkarlıqla və təhlükəsizlik standartlarına əmək edilərək yerinə yetirilməsi ilə əlaqədar olaraq, CPC-nin subpodratçısı olan “M Building” MMC şirkətinin direktoru Əlizadə Quliyevə CPC adından təşəkkür məktubu təqdim edildi. “M Building” MMC-nin direktoru isə, CPC ilə davamlı surətdə əməkdaşlıq etdiyinə görə, qürur duyduğunu bildirdi.

Sonda, mükafatlandırılmış əməkdaşlar CPC-nin direktoru Azər N. İsayevlə xatirə şəkli çəkdirdilər.

Qalereya