Valyuta məzənnəsi: $ 1.7 € 1.8082 ₽ 0.0181 ₺ 0.0522
AZ EN RU

Hadisələr

20 yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş tədbir

19.01.2015

16 yanvar 2015-ci il tarixində “Caspian Pipe Coatings” MMC (CPC) şirkətinin baş ofisində 20 yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş tədbir keçirildi. Tədbirdə CPC-nin rəhbərliyi və əməkdaşları, ShawCor və BP şirkətlərinin nümayəndələri iştirak etdilər.

Tədbirin əvvəlində 20 yanvar faciəsi haqqında qısa videoçarx nümayiş etdirildi. Bundan sonra, CPC-nin Direktoru cənab Azər N. İsayev giriş sözü ilə çıxış etdi və faciə və onun qurbanları haqqında tədbir iştirakçılarına qısa məlumat verdi. Faciə qurbanları bir dəqiqəlik sükutla yad edildi.

Sonra, CPC-nin əməkdaşları 20 yanvar faciəsi, faciə baş verən ərəfədə kənar qüvvələrin atdığı addımlar və ulu öndər, ümummilli lider, mərhum prezident Heydər Əliyevin faciədən sonra gördüyü işlər haqqında məlumat verdilər. Tədbirdə iştirak edən əcnəbi nümayəndələrin faciə haqqında daha dolğun məlumat əldə edə bilməsi üçün yuxarıda qeyd olunan məlumatlar həmçinin, ingilis dilinə tərcümə edilmiş şəkildə təqdim edildi.

Tədbirin sonunda CPC rəhbəri tədbir iştirakçılarına tədbirə qatıldıqlarına görə təşəkkür etdi və xüsusən də, əcnəbi əməkdaşları bu cür hadisələrin dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasında fəal iştirak etməyə və öyrəndiklərini öz həmvətənləri ilə bölüşməyə çağırdı.

19 yanvar 2015-ci il tarixində CPC şirkətinin rəhbərliyinin təşəbbüsü ilə Şəhidlər Xiyabanına səfər təşkil edildi. Bu səfərdə həm CPC rəhbərliyi və əməkdaşları, həm də ShawCor şirkətinin nümayəndələri iştirak etdilər.

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin qəbrləri ziyarət edildi və onların üzərinə qərənfillər qoyuldu. Bununla yanaşı, CPC və ShawCor şirkətləri adından hazırlanmış əklillər “Əbədi məşəl” abidə-kompleksinin önünə qoyuldu. Bundan sonra kollektiv şəkil çəkildi.

Səfərin davamı olaraq, Azərbaycanın görkəmli şəxslərinin dəfn olunduğu Fəxri xiyaban ziyarət edildi. ShawCor şirkətinin əcnəbi nümayəndələrinə Fəxri xiyaban haqqında məlumat verildi. Ulu öndər, ümummilli lider, mərhum prezident Heydər Əliyevin məzarı önündə kollektiv şəkil çəkildi. Səfər başa çatdı.

 

Qalereya