Valyuta məzənnəsi: $ 1.7 € 1.8152 ₽ 0.018 ₺ 0.0523
AZ EN RU

Hadisələr

Ulu öndər, mərhum Prezident Heydər Əliyevin anım mərasimi keçirildi

12.12.2014

12 dekabr 2014-cü il tarixində “Caspian Pipe Coatings” MMC (CPC) şirkətinin baş ofisində ulu öndər, xalqımızın ümummilli lideri, mərhum Prezident Heydər Əliyevin anım mərasimi keçirildi. Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbir iştirakçılarına mərhum Prezidentin həyat və fəaliyyəti haqqında məlumat verildi. Ulu öndərin Azərbaycanda elmin, təhsilin, iqtisadiyyatının, yüngül və ağır sənayenin və neft strategiyasının inkişafında oynadığı rol xüsusən qeyd olundu. Məhz onun sayəsində Azərbaycanın dünydada neft və qaz ölkəsi kimi tanındığı bəyan edildi. Liderin 11 il əvvəl dünyasını dəyişməsinə baxmayaraq, özündən sonra qoyduğu irsin davam etdirildiyi vurğulandı.

Bundan sonra, tədbir başa çatdı.

Qalereya