Valyuta məzənnəsi: $ 1.7 € 1.8082 ₽ 0.0181 ₺ 0.0522
AZ EN RU

Hadisələr

Novruz bayramı ilə əlaqədar xeyriyyə tədbirləri

03.04.2013

“Caspian Pipe Coatings”(CPC) MMC hər il olduğu kimi 2013-cü ildə də milli bayramlar qabağı xeyriyyə aksiyaları keçirmişdir.

2013-cü ilin Novruz bayramına təsadüf edən tədbirlərə 350 kimi az təminatlı, məcburi köçkün və internatlarda təhsil alan uşaqlar cəlb olunmuşdur. 21 mart 2013-cü il tarixində  Ağdam rayon 35 saylı məktəb, 71 saylı Ağdam köçkün məktəbin və Ağdam rayonunun məcburi köçkünlərinin müvəqqəti məskunlaşdığı Dərnəgül və Xırdalan yataqxanalarından olan 120 kimi uşağın Novruz şənliyində iştirakı təşkil olunmuşdur

Eyni zamanda Azərbaycan Uşaq Fondunun dəstəyi ilə Əqli Cəhətdən Zəif uşaqlar üçün internatdan 50 nəfər uşağın Novruz şənliyində iştirakı təşkil olunmuşdur. 3 aprel 2013-cü il tarixində CPC-in əməkdaşlarından ibarət olan nümayəndə heyəti  Xəzər rayonunda yerləşən 2 saylı İnternat evində olan uşaqlar üçün Novruz bayramı şənliyi təşkil olunmuşdu.