Hadisələr

Neftçilər Günü
20.09.2012
20 Sentyabr-Neftçilər Günü münasibətilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin əmri ilə Şirkətin xarici tərəfdaşlarla birgə təşkil etdiyi əməliyyat şirkətlərində və alyanslarda calışan neftcilərə Fəxri fərmanlar təqdim olunmuşdur.
“Caspian Pipe Coatings” şirkətindən neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Korroziyaya qarşı izolyasiya sexinin koordinatoru Xudayar Allahverdiyev və Boru betonlama sexinin nəzarətçisi Elşən Məmmədov bu fəxri ada layiq görülmüşlər.
Tədbirdə “Caspian Pipe Coatings” şirkətinin Direktoru Azər N. İsayev fəxri ada layiq görülmüş işçiləri təbrik etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Tədbirin sonunda “İCORR” Beynəlxalq İnstitutunun Boru kəmərlərinin örtüyünün yoxlanılması kursunu müvəffəqiyyətlə başa vurmuş və imtahanların nəticələrinə əsasən ikinci dərəcəli boru örtükləmə üzrə inspektor adına layiq görülmüş aşağıdakı işçilər sertifikatla təltif olunmuşlar:
Reymond Da Kosta- KZ/KN üzrə menecer
Etibar Yaqubov- Bİ/KN laboratoriyasının nəzarətçisi
Eldar Nəbiyev- KZ/KN üzrə menecerinin köməkçisi
Zülfüqar Hüseynov-KN üzrə inspektor
Malik Əzizov- KN üzrə inspektor
Samir Abdullayev- KN üzrə inspektor
Mehman Tağıyev- KN üzrə inspektor
Nail Əhmədov- KN üzrə inspektor
Tural Vəliyev- KN üzrə inspektor (BP/ABƏŞ)