Valyuta məzənnəsi: $ 1.7 € 1.8238 ₽ 0.0183 ₺ 0.0523
AZ EN RU

Hadisələr

Tərəfdaş şirkətlərin nümayəndələri "Təşəkkür Məktubları" ilə təltif olundular

08.08.2023

"1BCMA" Layihəsi çərçivəsində, tərəfdaş şirkətlər olan, Qazaxıstan Respublikasının North Caspian Operating Company (NCOC) və "Kazakhstan Caspian Offshore Industries" (KCOI) şirkətlərin nümayəndələrinə CPC tərəfindən, önəmli beynəlxalq layihənin başa çatdırılmasında göstərdikləri yüksək peşəkarlıq və əvəzolunmaz töhfələrə görə "Təşəkkür Məktubları" təqdim olunub. CPC-nin Direktoru Azər N. İsayev, beynəlxalq şirkətlərlə uğurlu tərəfdaşlıqların qurulmasının həm CPC həm də ölkəmiz üçün əhəmiyyətli olduğunu qeyd edərək, bundan sonrakı potensial layihələrdə faydalı əməkdaşlığa ümid etdiyini bildirdi.
Tərəfdaş şirkətlərin nümayəndələri də, öz növbəsində bütün CPC kollektivinə müvafiq vaxt ərzində göstərdikləri peşəkar, təhlükəsiz və qüsursuz fəaliyyətlərinə görə dərin minnətdarlıqlarını çatdırıb, yaxın gələcəkdə daha geniş miqyaslı və uğurlu layihələrdə hər zaman qarşılıqlı əməkdaşlığa hazır olduqlarını vurğuladılar.

Qalereya