Valyuta məzənnəsi: $ 1.7 € 1.8238 ₽ 0.0183 ₺ 0.0523
AZ EN RU

Hadisələr

Maliyyə və kommersiya məsələləri üzrə Direktor müavini, Anar Məmmədovun peşəkar fəaliyyətinin 15 illik yubileyi

04.08.2023

Dəyərli həmkarımız, Maliyyə və kommersiya məsələləri üzrə Direktor müavini Anar Məmmədovun CPC-dəki peşəkar fəaliyyətinin 15 ili tamam olur.
Anar Məmmədov 2017-ci ilin sentyabr ayından etibarən CPC-də Maliyyə və kommersiya məsələləri üzrə Direktor müavini vəzifəsində çalışır. O, bu illər ərzində CPC-nin uğurla icra etdiyi müxtəlif yerli və beynəlxalq layihələrin ikitərəfli/çoxtərəfli kommersiya danışıqlarında yaxından iştirak edib, böyük və uğurlu işlərə imza atıb.
O, ABŞ-ın Corc Vaşinqton Universitetinin “Layihələrin idarə edilməsi üzrə Magistr" sertifikatını qazanıb, bir sıra beynəlxalq təlimlərdə fəal iştirak edib, Harvard Biznes Məktəbinin Onlayn Hazırlıq Sertifikatı (CORe) proqramı daxilində Biznes analitikası, Menecerlər üçün iqtisadiyyat və Maliyyə uçotu üzrə keçirilən peşəkar təlimlərin müxtəlif sertifikatları ilə təltif olunub.
Anar, İqtisad üzrə fəlsəfə doktoru və 10-dan çox elmi məqalənin müəllifidir.
Ona müəssisəmizə verdiyi töhfələrə, uzunmüddətli xidmətlərinə, peşəkar və insani keyfiyyətlərinə görə dərin minnətdarlığımızı çatdırır və ümidvarıq ki, hələ neçə- neçə illər ərzində komandamızın ayrılmaz bir üzvü olaraq, çox uğurlu və böyük işlərə imza atacaqdır.

Qalereya