Hadisələr

İT üzrə menecer, Adil Qurbanovun peşəkar fəaliyyətinin 15 illik yubileyi
08.07.2023
CPC-nin dəyərli əməkdaşı, komandamızın ayrılmaz üzvü - İT üzrə menecerimiz Adil Qurbanovun müəssisəmizdə fəaliyyətinin 15 illik yubileyidir.
Adil, 2008-ci ilin iyul ayından etibarən CPC-də İT şöbəsində çalışır. İnformasiya texnologiyaları və İdarəetmə üzrə bir sıra beynəlxalq təkmilləşdirmə kurslarında, Təcrübə mübadiləsi proqramlarında iştirak edib, sertifikat və diplomlarla təltif olunub. O, CPC-də işlədiyi dövrdə müəssisə rəhbərliyi, sifarişçilər və tərəfdaş müəssisələrin rəhbərliyi tərəfindən dəfələrlə "Təşəkkür Məktubları" ilə təltif olunub.
Adil Qurbanovu komandamızın bir hissəsi kimi görməkdən qürur duyuruq və peşəkar fəaliyyətinə və töhfələrinə görə səmimi qəlbdən təşəkkür edirik.