Valyuta məzənnəsi: $ 1.7 € 1.8227 ₽ 0.0185 ₺ 0.0522
AZ EN RU

Hadisələr

Həmkarımızın 60 illik yubileyi

12.06.2023

Bugün ofisimizdə 20 ildən artıqdır ki, bizimlə birgə çalışan sevilən əməkdaşımız, Boru sahəsi üzrə koordinator Kəmaləddin İmamquliyevin 60 illlik yubileyi keçirilib. Kəmaləddin İmamquliyev 13 fevral 2003 tarixində CPC ailəsinə Boru sahəsi üzrə nəzarətçi kimi qoşulub, 01 dekabr 2010 tarixindən isə Boru sahəsi üzrə koordinator vəzifəsində fəaliyyət göstərir.

Direktor Azər N. İsayev bütün CPC kollektivi adından Kəmaləddin müəllimi təbrik edərək, CPC-dəki fəaliyyəti ərzində göstərdiyi xidmətlərdən danışıb, ona möhkəm can sağlığı və işgüzar fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra şirkətin rəhbərlik heyəti, menecerlər və Boru sahəsi şöbəsindən olan əməkdaşlar təbrik nitqi ilə çıxış edərək, ötən 20 il ərzində Kəmaləddin müəllimin hamının rəğbətini qazanan peşəkar və insani keyfiyyətlərindən və səriştəli mütəxəssis kimi əldə etdiyi təcrübələrdən danışıblar.

Qalereya