Valyuta məzənnəsi: $ 1.7 € 1.832 ₽ 0.0184 ₺ 0.0524
AZ EN RU

Hadisələr

CPC-də yeni il qabağı görüş keçirildi 

28.12.2022

28 dekabr 2022-ci il tarixində CPC-də keçirilən yeni il qabağı görüşdə çıxış edən Direktor Azər N. İsayev CPC kollektivini 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik etdi. Daha sonra əməkdaşların müxtəlif nominasiyalar üzrə təltif edilmə mərasimi başlanıldı. CPC-nin aşağıda adları qeyd olunan əməkdaşları göstərilən nominasiyalar üzrə təltif edildilər:
1.İkram Nuriyev – Elektrik - “Əməyin təhlükəsizliyi üzrə lider” nominasiyası üzrə;
2.Eldəniz Hacıməmmədov - Layihə meneceri / Sifarişçi ilə əlaqələr üzrə menecer – “İlin ən yaxşı işçisi”nominasiyası üzrə;
Bundan başqa, 2 işçi CPC-də 20 il fasiləsiz əmək fəaliyyətinə görə, 1 işçi isə 60 illik yubileyinə görə Təbrik məktubları ilə təltif edildilər. 
Təltifetmə mərasimindən sonra digər rəhbər işçilər Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı təbrikləri ilə çıxış etdilər, kollektiv şəkil çəkildi.

Qalereya