Valyuta məzənnəsi: $ 1.7 € 1.8082 ₽ 0.0181 ₺ 0.0522
AZ EN RU

Hadisələr

CPC-də keçirilən Neftçilər Gününə həsr olunmuş tədbir

20.09.2022

20 sentyabr 2022-ci il tarixində CPC-də neftçilərin peşə bayramı - Neftçilər Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin açılışında çıxış edən Direktor Azər N. İsayev ilk öncə torpaqlarımızın suverenliyi uğrunda həlak olan şəhidlərimizi yad edərək 1 dəqiqəlik sükut elan etdi. Daha sonra tədbirdə iştirak edən əməkdaşları peşə bayramı münasibətilə təbrik etdi.
Direktor Azər N. İsayev məlumat verdi ki, CPC-nin Keyfiyyətə Nəzarət üzrə meneceri Pərviz Babayev SOCAR prezidentinin müvafiq əmri ilə Fəxri Fərmanla təltif olunmuşdur.
Daha sonra pensiya yaşı çatmış və Əmək Müqavilələrinə xitam verilən əməkdaşlara Xatirə hədiyyəsi və Təşəkkür məktubları təqdim edildi.
Tədbirin sonunda kollektiv fotoşəkil çəkildi.

Qalereya