Valyuta məzənnəsi: $ 1.7 € 1.8082 ₽ 0.0181 ₺ 0.0522
AZ EN RU

Hadisələr

Azərbaycana beynəlxalq marağın artması – müsahibə

İyunun 2-də Bakı Konqres Mərkəzində öz işinə başlayan Bakı Enerji Forumunda CPC-nin rəhbərliyi iştirak etmişdir. CPC-nin Direktoru Azər N. İsayev 27-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransda müsahibə verib.

Müəssisəmiz Bakıda keçirilən bütün neft-qaz sərgilərində və konfranslarında iştirak edib və biz pandemiyadan sonra canlı ünsiyyət prosesində bizi maraqlandıran məsələlər üzrə danışıqlarda yenidən iştirak etdiyimizə görə şadıq.

Bu cür forumlar dövlət qurumları, eləcə də yerli və xarici şirkətlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı və genişləndirilməsi üçün əla platformadır.

“Bakı Enerji Həftəsi-2022” dünyanın hər yerindən şirkətləri bir araya gətirmişdir ki, bu da Azərbaycana artan marağın göstəricisidir.

Bu isə o deməkdir ki, yeni layihələr, yeni iş imkanları və uğurlu iqtisadi inkişaf olacaq.

Şirkətimiz BP və SOCAR ilə əməkdaşlıq təcrübəsinə malikdir, bu şirkətlərin tenderlərində qalib gəlib. Beləliklə, biz BP üçün Mərkəzi Şərqi Azəri (ACE) layihəsi çərçivəsində boruları izolyasiya edirik, SOCAR üçün isə “Ümid-Babək” yatağından qaz hasilatının artırılması çərçivəsində boruların izolyasiyasını və betonlamasını həyata keçiririk.

Bu cür təcrübə digər layihələrdə də faydalı ola bilər və ümid edirik ki, COVID-19-dan sonra dünyada işgüzar fəallığın canlanması şirkətimizin fəaliyyətinə müsbət təsir göstərəcək.