Hadisələr

“Caspian Pipe Coatings” MMC Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirdi
05.11.2021
05 noyabr 2021-ci il tarixində “Caspian Pipe Coatings” MMC (CPC) şirkətinin baş ofisində şanlı Qələbənin qeyd olunduğu 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə CPC-nin rəhbərliyi və əməkdaşları iştirak etdilər.
Tədbirdə CPC-nin Direktoru cənab Azər N. İsayev giriş sözü ilə çıxış etdi və Vətən müharibəsi şəhidləri bir dəqiqəlik sükutla yad edildi. Daha sonra CPC-nin Direktoru II Qarabağ müharibəsi barədə tədbir iştirakçılarına qısa məlumat verdi və müharibədə qəhrəmancasına döyüşmüş üç CPC əməkdaşını xüsusilə vurğulayaraq onlara öz dərin təşəkkürünü bildirdi. Bunun ardından bəzi əməkdaşlar Zəfər Günü ilə bağlı çıxış edərək ötən il başlamış II Qarabağ müharibəsi barədə xatirələri dilə gətirdilər.
Tədbirin sonunda CPC rəhbərliyi tədbir iştirakçılarına tədbirə qoşulduqlarına görə təşəkkür etdi.