Hadisələr

“Caspian Pipe Coatings” MMC 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirdi
27.09.2021
27 sentyabr 2021-ci il tarixində “Caspian Pipe Coatings” MMC (CPC) şirkətinin baş ofisində II Qarabağ müharibəsi şəhidlərinin Anım Gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə CPC-nin rəhbərliyi və əməkdaşları iştirak etdilər.
Tədbirdə CPC-nin Direktoru cənab Azər N. İsayev giriş sözü ilə çıxış etdi və Vətən müharibəsi şəhidləri bir dəqiqəlik sükutla yad edildi. Daha sonra CPC-nin Direktoru II Qarabağ müharibəsi barədə tədbir iştirakçılarına qısa məlumat verdi və müharibədə qəhrəmancasına döyüşmüş üç CPC əməkdaşını xüsusilə vurğulayaraq onlara öz dərin təşəkkürünü bildirdi. Bunun ardından bəzi əməkdaşlar Anım Günü ilə bağlı çıxış edərək ötən il başlamış II Qarabağ müharibəsi barədə xatirələri dilə gətirdilər.
Tədbirin sonunda CPC rəhbərliyi tədbir iştirakçılarına tədbirə qoşulduqlarına görə təşəkkür etdi.