Valyuta məzənnəsi: $ 1.7 € 1.8082 ₽ 0.0181 ₺ 0.0522
AZ EN RU

Hadisələr

CPC-də həyata keçirilən “Abşeron EPS” Layihəsi çərçivəsində nümunəvi işçilər müəyyən edildi

15.03.2019

Əzizov Məlik Əzizağa oğlu - Keyfiyyətə nəzarət üzrə inspektor

Əzizov Məlik Əzizağa oğlu 03 dekabr 2018-ci il tarixindən etibarən Caspian Pipe Coatings MMC-də həyata keçirilən Abşeron EPS Layihəsinin icrasına cəlb olunmuşdur.

O, təcrübəli və beynəlxalq səviyyəli sertifikatı olan inspektor kimi bundan əvvəl CPC-nin həyata keçirdiyi bir neçə Layihənin icrasında da iştirak etmiş, özünün müsbət keyfiyyətləri ilə seçilmişdir.

Zavodda aparılan əməliyyatların icrası zamanı birbaşa rəhbəri tərəfindən Məlik Əzizov ay ərzində nümunəvi işçi kimi fərqlənmişdir.

Orucov Asəf Qəribcan oğlu - Keyfiyyətə nəzarət üzrə inspektor

Orucov Asəf Qəribcan oğlu 05 noyabr 2018-ci il tarixindən etibarən Caspian Pipe Coatings MMC-də həyata keçirilən Abşeron EPS Layihəsinin icrasına cəlb olunmuşdur.

CPC-nin daha öncə həyata keçirdiyi iri miqyaslı Şah Dəniz 2 Layihəsində iştirak edən Asəf Orucov laboratoriya sınaq işlərində böyük təcrübəyə yiyələnmiş və beynəlxalq səviyyəli sertifikatlar əldə etmiş və yenidən CPC-nin icra etdiyi Layihəyə cəlb edilmişdir.

Zavodda aparılan əməliyyatların icrası zamanı birbaşa rəhbəri tərəfindən Asəf Orucov ay ərzində nümunəvi işçi kimi fərqlənmişdir.

Qalereya