Valyuta məzənnəsi: $ 1.7 € 1.8758 ₽ 0.0178 ₺ 0.0497
AZ EN RU

Hadisələr

“18-ci Xəzər Beynəlxalq Neft-Qaz 2011” Sərgi və Konfransı

07.06.2011

7-10 iyun 2011-ci il tarixində, Bakıda, “Xəzər Neft və Qaz-2011” beynəlxalq sərgi və konrusı keçirilmişdi. Xəzəryanı regionda neft-qaz sahəsində əsas tədbirlərdən biri hesab olunan “Xəzər Neft və Qaz-2011” ənənəvi olaraq dünyada neft-qaz sahəsində fəaliyyət göstərən ən iri şirkətləri bir araya gətirdi.

Sərginin rəsmi açılış mərasimində, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı bu tədbirin vacibliyini və statusunu bir daha vurğulayır. Açılış mərasimində, təbrik nitqi ilə çıxış edən dövlət başçısı, 18 il ərzində tədbirin regionda yüksək əhəmiyyət daşıdığını və ildən-ilə tədbirə marağın artmasını, Azərbaycan Respublikasının uzunmüddətli neft strategiyasının bəhrəsi kimi qeyd etdi. Daha sonra ABŞ-ın Avrasiya regionunda energetika məsələləri üzrə xüsusi elçisi cənab Riçard Morninqstar, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger, Norveç şahzadəsi Hookon və Gürcüstanın energetika naziri Aleksandr Xetaquri çıxış etdilər.

Bu il sərgidə dünyanın 28 dövlətindən olan 295 şirkət iştirak etmişdir - ARDNŞ, BP, "OMV Gas International GmbH", "Statoil", "Total", TPAO və digərləri. “Caspian Pipe Coatings” şirkəti “Xəzər Neft və Qaz-2011” beynəlxalq sərgi və konrusına bürünc sponsor kimi qatılmışdır. CPC-nin stendi “Baku Expo” sərgi kompleksinin 2-ci pavilyonunda yerləşmişdir. Burada şirkətin 2002-ci ildən bu günə kimi fəaliyyətini əks etdirən fotoşəkillər, istehsal etdiyimiz örtük növlərinin maketləri, əyani vəsait kimi örtüklənmiş boru hissələri yerləşdirilmişdir.

8-9 iyun tarixlərində “Hyatt Regency” Konrus mərkəzində keçirilmiş “Xəzər Neft və Qaz-2011” beynəlxalq konrusda, enerji təminatı təhlükəsizliyinin və bazar inteqrasiyasının təmin olunması, Avropanın enerji təhlükəsizliyi təminatında Azərbaycanın rolu, Azərbaycan ixrac yollarının diversifikasiyası, Azərbaycanın investisiya cəlbediciliyi, Kəşfiyyat və hasilat sektorunun cari inkişaf istiqamətləri, yüksək texnologiyalı məhsul istehsalında təhlükəsiz və effektiv üsullar, ətraf mühitin qorunması və digər məsələlər barədə müzakirələr və çıxışlar edilmişdir. Konrusda Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin rəsmiləri, Avrasiya regionunda energetika məsələləri üzrə xüsusi elçisi cənab Riçard Morninqstar, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza, “Türkmennebit” Dövlət Konserninin Sədri Annaquli Deryayev iştirak etmişdirlər.

CPC-nin sponsor olduğu "Nəql" sessiyasında şirkətin Direktoru Azər N. İsayev ”Xəzər dənizinin karbohidrogen ehtiyatlarının xarici bazarlara etibarlı nəqlinin təminatı” adlı təqdimatla çıxış etmişdir. Çıxışın mətni və Elektron təqdimat ilə aşağıda əlavə olunmuş PDF faylarından tanış ola bilərsiniz.

Direktor Azər N. İsayev "Mir" teleradioşirkətinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşlarına müsahibə vermişdir.  Müsahibənin qısaldılmış variantına aşağıdakı videodan baxa bilərsiniz.