Hadisələr

Bredero Şou şirkətinin Batam – İndoneziya zavodlarına işgüzar səfər
01 - 07.12.2013
Məqsəd: Şah Dəniz 2 Layihəsi üçün MLPP örtüklü borulara Ağırlıq Beron Örtüyünün vurulması sınaqlarına baxış
Müddəti: 01.12.2013 – 07.12.2013
CPC tərəfindən iştirak etdilər:
İlham Zeynalov – İstehsal üzrə Menecer
Pərviz Babayev – Keyfiyyətə Nəzarət üzrə Koordinator
1-ci gün - 01.12.2013
- Sinqapurun Çangi Aeroportuna çatdıq.
- Taksi ilə Bərə Limanına gəldik.
- İndoneziyanın Batam adasının Bərə Limanına çatdıq.
- Taksi ilə Harmoni mehmanxanasına gəldik.
2-ci gün - 02.12.2013
Səhər Bredero-Şounun avtomobili bizi mehmanxanadan PT Bredero Şounun İndoneziyada yerləşən Kavasan Sənaye Zonasındakı Boru Örtükləmə Zavoduna apardı. Əməliyyatlar üzrə Menecer Robert Vilson bizi qarşılayıb salamladı. O bizə PT Bredero Şounun İndoneziyadakı Boru Örtükləmə Zavodu, Şahdəniz 2 layihəsi üzrə sinaqlar və hazırda yerinə yetirilən layihə barədə ümumi məlumat verdi. Texniki Təhlükəsizlik üzrə Təlimatdan sonra sahəyə getmək üçün bizə müvafiq FMV verildi. Sahəyə getməzdən əvvəl BP şirkətinin nümayəndələri ilə görüşdük. Əməliyyatlar üzrə Menecer Robert Vilson ilə birlikdə aşagıdakı məntəqələri gəzdik:
Şahdəniz 2 Layihəsi üçün çox qat örtüklü boruların saxlanıldıqları anbar sahəsi
Başqa bir layihə (Impeks Qaz Layihəsi) üçün üzlü boruların örtüklənməsi ilə məşğul olan Çox Qatlı Polipropilen Örtükləmə Sexi (MLPP
Axın üsulu ilə ağırlıq beton örtüklərinin vurulduğu qalın örtük sexi
Kompressiya Ağırlıq Beton Örtükləmə sexi
Anti-Korroziya Örtüklənməyə Keyfiyyətə Nəzarət üzrə Laboratoriya
Başqa bir layihə üçün üzlü boruların örtüklənməsi ilə məşğul olan 3 qat PE/PP örtükləmə sexi
Örtük yapışqanlığının sınağı üçün sahə
Dəmir filizi və qum saxlanılması üçün sahələr
3-cü gün - 03.12.2013
Səhər Təmir və texniki xidmət üzrə menecer Piter Stiil ilə görüşdük. O bizə sexlərdə gedən təmir işləri ilə əlaqədar məlumat verdi. Sonra P.Stiil ilə birlikdə aşağıdakı texnoloji sahələri gəzdik:
Örtüyün soyulması sexi
Daxili örtükləmə sexi
MLPP Sexində boruların örtüksüz ucluqlarının hazırlanma məntəqəsi
Şahdəniz 2 üzrə sınaqlar üçün yeni alınan daş aqreqatlarına nəzarət üçün ağırlıq beton örtük materillarının saxlanılma sahəsi
ABƏŞ nümayəndələri ilə birlikdə Şahdəniz 2 Layihəsi üçün 2 sınaq borusunda MLPP örtüyünün yapışqanlıq gücünü dəqiqləşdirmək üçün yapışqanlıq sınaq sahəsi
Qızdırılmada köhnəlmə sınağına baxış məqsədilə Anti Korroziya Örtüyü üzrə Laboratoriya
4-cü gün - 04.12.2013
Şahdəniz 2 layihəsinin MLPP örtüklü borularına ağırlıq beton örtüyünün vurulmasının daxili sınaqlarına baxış məqsədilə Təmir və texniki xidmət üzrə menecer ilə qalın örtük sexinə gəldik. Sexdə KZ/KN Meneceri David Konroy və İstehsalat Supervayzeri Dedi Hasbullah ilə görüşdük. Sınağın gedişində aşağıdakı əməliyyatlara baxdıq:
Borularda beton örtüklər üçün karkaslı armaturu qurmaq
Sexin axın üsulu ilə örtüklənmə üçün hazırlamaq
Borularda örtüyün qalınlığını və səhtin hamarlılığını yoxlamaq üçün bir borunu örtükləmək
Daxili sınaq borusundan örtüyü su şırnağı ilə çıxarmaq
Ağırlıq beton örtüyü üzrə laboratoriyada aqreqat sınaqlar
3 boruya 40 mm qalınlıqlı beton vurmaq. 1 boruya kəsmə sınağı məqsədilə qismən örtük vuruldu.
3 boruya 100 mm qalınlıqlı beton vurmaq. 1 boruya kəsmə sınağı məqsədilə qismən örtük vuruldu. 100 mm qalınlıqlı beton üçün 2 lay karkas vuruldu: birinci lay polad karkas, ikinci lay metal tor
Ağırlıq beton örtüklənməsi gedişində keyfiyyətə nəzarət
Bütün yuxarıda qeyd edilən proseslər BP nümayəndələrinin iştirakı ilə keçirilirdi.
5-ci gün - 05.12.2013
Şahdəniz 2 layihəsi üçün 100 mm örtüklü MLPP borularının daxili sınaqlarına baxmaq üçün Təmir və texniki xidmət üzrə menecer ilə Kompressiya Ağırlıq Beton Örtüyü sexinə gəldik. Sex meneceri Alistar Salmon və Layihə meneceri Darsi ilə görüşdük. ABƏŞ nümayəndələri ilə aşağıdakı proseslərə baxdıq:
100 mm Ağırlıq Beton Örtüyünün vurulması üçün sexdə hazırlıq işləri.
6 boru 100 mm qalınlıqlı betonla örtükləndi.
Kəsmə sınağı üçün 2 boru seçildi və nümunə üçün göndərildi. 1 m uzunluqlu beton örtüyün 3 hissəsi kəsmə sınağına 6 nümunə hazırlamaq üçün boruların üzərində saxlanıldı qalan hissəsi isə çıxarıldı.
Həmin gün Sıxılmada Sürüşmə Sınağı üçün MLPP örtük nümunələrinin hazırlanmasına baxmaq üçün anti-korroziya örtüyü laboratoriyasına getdik.
6-cı gün - 06.12.2013
Səhər MLPP örtüklü botulatın 40 mm betonla örtükləmməsi işlərinin başlanma vaxtını dəqiqləşdirmək məqsədilə Əməliyyatlar üzrə Menecer R.Vilson ilə görüşdük. 40 mm beton örtüklənmə üçün sexdə hazırlıq işləri güclü yağışlar dayanana qədər təxirə salındı.
Nahardan sonra PT Bredero Şou İndoneziya örtükləmə zavodunun menecerləri ilə yekun iclas keçirildi.
BP nümayəndələri ilə birlikdə mehmanxanaya qayıtdıq.
7-ci - 07.12.2013
Səhər şirkətin avtomobili ilə Batam Bərə Limanına gəldik.
Günortadan sonra Sinqapur Bərə Limanına çatdıq.
Axşam Sinqapurdan İstanbula və oradan da Bakıya gəldik.