Valyuta məzənnəsi: $ 1.7 € 1.8238 ₽ 0.0183 ₺ 0.0523
AZ EN RU

Hadisələr

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinə ziyarət

30.06.2016

Bu gün “Caspian Pipe Coatings” MMC-nin (CPC) heyət üzvləri müəssisənin rəhbərliyi və əməkdaşları adından Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyini ziyarət edərək qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verdilər, Başsağlığı kitabına xatirə yazısı yazdılar.

Yazının mətni ilə aşağıda tanış ola bilərsiniz:

“Caspian Pipe Coatings” MMC-nin (CPC) rəhbərliyi və heyəti tərəfindən qardaş ölkəmiz Türkiyə xalqına müraciət.

Son zamanlar qardaş ölkəmiz Türkiyədə davam edən terror aktlarından gələn xəbərlər dərin kədərimizə səbəb olur. Dinc və günahsız əhaliyə qarşı keçirilən terror aktları nəticəsində dünyasını dəyişmiş qardaş və bacılarımızın xatirəsini dərin hüzn hissi ilə yad edir, xəsarət almış və zərər çəkmiş qardaş və bacılarımızla birgə olduğumuzu deyirik.

Bildirmək istəyirik ki, bir millət iki dövlət olduğumuz üçün Azərbaycan xalqı Türkiyə xalqı ilə həmrəydir!

İstanbulda Atatürk hava limanında baş vermiş terror aktını qətiyyətlə pisləyir, qardaş Türk xalqına başsağlığı veririk.

Başın sağ olsun Türkiyə! 

Qalereya