İSO Sertifikasiyası
İSO Sertifikasiyası
01.11.2021
2021-ci ilin 9-10 sentyabr tarixlərində “Caspian Pipe Coatings” MMC-nin fəaliyyəti ilə bağlı UKAS-da akkreditasiyadan keçmiş İNTERTEK şirkəti tərəfindən “Caspian Pipe Coatings” MMC-də yeni tətbiq olunan ÇQPP (Çoxqatlı Polipropilen Köpük örtükləmə) fəaliyyət növü üzrə ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 Beynəlxalq Standartlarına uyğunluq auditini həyata keçirilmişdir. Audit proseduralarının nəticələrinə əsasən “Caspian Pipe Coatings” MMC-nin beynəlxalq səviyyədə tanınan ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 üzrə mövcud sertifikatları bir daha təsdiqlənmiş və yeni ÇQPP (Çoxqatlı Polipropilen Köpük örtükləmə) fəaliyyət növü daxil olmaqla, 2021-ci ilin 14 sentyabr tarixində “Caspian Pipe Coatings” MMC ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 standartları üzrə yenilənmiş sertifikatlara layiq görülmüşdür.
Sertifikatlar aşağıdakı fəaliyyətləri əhatə edir:
Boru örtükləmə:
- Korroziyaya qarşı daxili və xarici izolyasiya
- Boruların daxili təmizlənməsi
- Betonla örtükləmə və anodun quraşdırılması
- ÇQPP (Çoxqatlı Polipropilen Köpük örtükləmə)