Valyuta məzənnəsi: $ 1.7 € 1.832 ₽ 0.0184 ₺ 0.0524
AZ EN RU

CPC - İlin şirkəti 2010.

CPC - İlin şirkəti 2010.

02.04.2010.

Bakıda, Buta sarayında "Caspian Energy Integration Award - 2010" 6-cı beynəlxalq mükafatın təqdimat mərasimi keçirilmişdir. Onlayn rejimində aparılan sorğunun yekun nəticələrinə əsasən "Caspian Pipe Coatings" MMC Xəzəryanı regionun "Neft-qaz Sahəsində Borukəməri Xidmətləri üzrə Ilin Sirkəti" adına layiq görülmüşdür.


Bu mükafat  Xəzəryanı ölkələrin sənaye və sosial sahəsində böyük fəallıq göstərən və qlobal bazarlarda coğrafi əhatə dairəsini dinamik şəkildə genişləndirən şirkətlərə və təşkilatlara verilir.

Təqdimat mərasimində "Caspian Pipe Coatings" MMC-nin Direktoru Azər İsayev çıxış etmişdir:


Axşamınız xeyir, xanımlar və cənablar!

Yüksək mükafatla təltif münasibətilə şirkətimiz adından minnətdarlığımızı bildirirəm.
Azərbaycanın sosial-iqtisadi inkişafina yönələn regional layihələrdə 8 illik fəaliyyətimiz dövründə hədəfimiz yüksək keyfiyyət, təhlükəsiz əmək və sosial məsuliyyət olaraq qalır.
Yaxin illərdə həyata keçiriləcək magistral neft-qaz regional boru kəmərləri layihələrinin örtüklənməsində "Caspian Pipe Coatings" müəssisəsi olaraq ölkəmizin sənaye potensialının inkişafi üçün əməyimizi əsirgəməyəcəyik.

Qoy yeni bahar ili hər birimiz üçün uğurlu olsun! Sağ olun!

Qalereya