Valyuta məzənnəsi: $ 1.7 € 1.8758 ₽ 0.0178 ₺ 0.0497
AZ EN RU

Keyfiyyətə zəmanət

Keyfiyyət anlayışı

Keyfiyyət – sifarişçi tərəfindən təyin olunmuş xüsusiyyətlərin tələblərinə cavab verən, onların gözləntilərini təmin edən və hətta üstələyən məhsulun və ya xidmətin istehsalı.

Zəmanət anlayışı 

Zəmanət – məhsul və ya xidmətlərin tələblərə və gözləntilərə uyğun şəkildə istehsal ediləcəyinə dair təminat verən bəyanatdır.

Keyfiyyətin Idarə olunması“PDCA” adlandırılan (Plan; Do; Check; Act) 4 əsas mərhələli metodologiyadan ibarət olan - Şuxart - Deming diaqramı əsasında qurulmuşdur. Bunlar: Planlaşdırma, Yerinə yetirmə, Yoxlama və Təkmilləşdirmə mərhələləridir. Keyfiyyətin İdarə olunması çərçivəsində aparılan proseslər aşağıdakı diaqramda göstərilmişdir. 

Bütün mərhələlərin müntəzəm şəkildə təkrar olunması, proseslərin daimi olaraq yerinə yetirilməsini, onların yoxlanıb qiymətləndirilməsini və yaxşılaşdırılsını təmin edir.  

“PDCA” (Plan; Do; Check; Act) dövriyyəsini aşağıdakı şəkildə izah etmək olar:

Planlaşdırma - Proseslərlə əlaqəli hədəflərin, məqsədlərin işlənib hazırlanması və yüksək keyfiyyətli son məhsulun çatdırılması üçün tələb olunan bütün proseslərin müəyyən edilməsi.

Yerinə yetirmə - Planlaşdırılmış işlərin yerinə yetirilməsi, proseslərin işlənməsi və sınaqdan keçirilməsi, zəruri hallarda düzəliş və dəyişikliklər edilməsi.

Yoxlama – Proseslərin monitorinqi, zəruri hallarda müəyyən dəyişikliklərin aparılması və təyin olunmuş hədəf, məqsədlərə nail olmasının yoxlanması. 

Təkmilləşdirmə - Proseslərin təkmilləşdirilməsi üçün zəruri olan tədbirlərin həyata keçirilməsi.

Bütün mərhələlərin müntəzəm şəkildə təkrar olunması, proseslərin daimi olaraq yerinə yetirilməsini, onların yoxlanıb qiymətləndirilməsini və yaxşılaşdırılsını təmi edir.

Keyfiyyətin idarəetmə sisteminin 7 prinsipi:  

  1. Müştəriyə yönümlülük;
  2. Liderlik;
  3. İşçilərin proseslərə cəlb olunması;
  4. Prosesə yanaşma üsulu;
  5. Təkmilləşdirmə;
  6. Faktlar əsasında qərar qəbulu;
  7. Əlaqələrin idarə edilməsi.

Keyfiyyətə zəmanət və keyfiyyətə nəzarət arasındakı olan fərqlər

Hər iki anlayışın fərqlərini dərk etmək üçün aşağıdakılar nəzərə alınmalıdırI

Keyfiyyətə nəzarət – istehsal olunmuş məhsul və ya xidmətin nəticələrini nəzərdən keçirir, verilmiş xüsusiyyətlərin tələblərinə uyğun olmasını müqayisə edərək yoxlayır.

Keyfiyyətə zəmanət – istehsal proseslərini nəzərdən keçirir, ehtimal olunan uyğunsuzluqların qarşısının alınması məqsədilə onları təhlil edir və proseslərin təkmilləşdirməsi üçün müvafiq dəyişikliklər edir. 

Keyfiyyətin İdarəetmə Sistemi

2009-cu ildən başlayaraq CPC-də Keyfiyyətin İdarəetmə Sistemi tətbiq olunaraq, beynəlxalq ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 standartlara cavab verən və aşağıda göstərilən sertifikatlarla təsdiq olunmuş Vahid İdarəetmə Sistemi qurulmuşdur. (https://cpc.az/certificate/47)

Keyfiyyətin idarəetmə sisteminin tətbiqi və istifadə olunması aşağıda qeyd olunan üstünlükləri verir:

  • Səmərəliliyin artırılması və itkilərin azaldılması
  • Əsas biznes-proseslərə təkmilləşdirilmiş və ardıcıl nəzarət olunması
  • Müştəri ehtiyaclarının daha dərin öyrənilməsi
  • Risklərin idarə olunması və prosesinin mükəmməlləşməsi
  • Müştəri məmnunluğunun artması
  • İşçilərin cəlb olunma səviyyəsinin yüksəldilməsi
  • Daxili kommunikasiyanın yaxşılaşdırılması
  • Məhsul və xidmətlərin dayanıqlı keyfiyyəti
  • Mənfəətin yüksəlməsi
  • Nöqsanların azaldılması
  • Yeni bazarların təşviqi
  • Rəqabətlilik səviyyəsinin artırılması 

Keyfiyyət haqqında siyasət - Keyfiyyətin İdarəetmə Sisteminin istiqamətlərini əyani şəkildə nümayiş etdirən və bu sahədə müəssisə rəhbərliyinin öhdəliklərini və məsuliyyətini özündə ehtiva edən əsas sənəddir.

Qeyd etmək lazımdır ki, ISO standartının tələblərinə uyğun olaraq, CPC-də keyfiyyətlə bağlı hədəf və məqsədlər müəyyən olunaraq, onların dəfetmə prosesinə mütəmadi olaraq nəzarət edilir. İstehsal, əmək təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və icra edilən proseslərin effektivliyinin izlənməsi üçün bir sıra idarəetmə prosedurları tətbiq olunur. Bütün fəaliyyətlər və risklər qiymətləndirilərək sənədləşdirilir. İstehsal prosesin mərhələləri müvafiq proseduralarda və planlarda aydın şəkildə izah edilir. Keyfiyyətin İdarəetmə Sistemi çərçivəsində keçirilən auditlər və yoxlamalar zamanı əldə olunan məlumatlar təhlil olunur və daimi olaraq təkmilləşməyə xidmət göstərir. ISO standartının tələblərinə uyğun olaraq, CPC-də daxili və  subpodratçılar üçün müvafiq audit proqramlarını həyata keçirilir. Aşkar olunmuş uyğunsuzluqların araqdan qaldırılması və gələcəkdə onların təkrar olmasının qarşısının alınması, uyğunsuzluqların idarəolunmasına dair müvafiq prosedura vasitəsi ilə həyata keçirilir.

CPC-də tətbiq olunan proseslərinin müntəzəm və ardıcıl şəkildə təkmilləşdiriməsi məqsədilə müvafiq təhlillər aparılır, fəaliyyət və planları hazırlanır. Eyni zamanda, istehsal olunan məhsulun (xidmətin) keyfiyyətinin yüksəldilməsi və müştəri məmnunluğunun daimi artırılması məqsədilə, müntəzəm olaraq müştəri məmnunluğu sorğuları keçirilir, yığılan nəticələr təhlil olunaraq müştəri məmnunluğunun səviyyəsinin ölçülməsi həyata keçirilir. 
CPC-də tətbiq olunan Keyfiyyətin idarəetmə sisteminin əsas məqsədi - istehsal olunan məhsul və ya xidmətlərin sifarişçinin tələblərinə uyğun şəkildə və təsdiq olunmuş proseduralar əsasında icra olunmasını təmin edərək, yüksək keyfiyyətli son məhsulun sifarişçiyə təqdim olunmasıdır.