Valyuta məzənnəsi: $ 1.7 € 1.832 ₽ 0.0184 ₺ 0.0524
AZ EN RU

ÖRTÜKLƏMƏ ÜZRƏ MÜHƏNDİS

ÖRTÜKLƏMƏ ÜZRƏ MÜHƏNDİS

0 AZN

Vəzifə öhdəlikləri:
•    Gündəlik örtükləmə ilə bağlı işlərdə Sahə Əməliyyatları üzrə Menecerə kömək etmək;
•    Zavod avadanlığının işlək vəziyyətdə olmasını və planlı təmir işlərinin aparılmasını təmin etmək;
•    Bütün örtükləmə prosesinə dair məlumatları və yerinə yetirilən tapşırıqları dəqiq və ardıcıl şəkildə sənədləşdirmək;
•    Örtükləməyə dair spesifikasiya tələbləri və materialların məlumat vərəqləri haqqında məlumatlı olmaq;
•    Bütün avadanlıq və alətləri təhlükəsiz işlətməklə, habelə sağlamlığa təhlükə yaradan bütün vəziyyətləri müəyyən edib hesabat verməklə təhlükəsiz iş mühitinə töhfə vermək;
•    İş fəaliyyəti ilə bağlı təhlükələrin müəyyən edilməsinə dəstək olmaq və riskləri qiymətləndirmək;
•    Yuxarıda göstərilən fəaliyyətlərə başlamazdan əvvəl işləmək üçün icazənin olmasını təmin etmək;
•    Korroziyaya qarşı örtükləmə sexində istehsalat planlama cədvəlinə nəzarət etmək və təsdiq etmək;
•    Zavod avadanlıqlarının quraşdırılmasının və planlaşdırılmış texniki xidmət qrafiklərinin SƏTƏM tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etmək;
•    Bütün zavod avadanlığının müntəzəm yoxlanışlarını proqramlaşdırmaq;
•    Xammal, mexaniki ehtiyat hissələri və s. ilə bağlı Anbar ilə əlaqə yaratmaq;
•    Bütün tapşırıqlar üçün zəruri Riskin Qiymətləndirilməsinin hazırlanmasında iştirak etmək və Toolbox danışıqlarının gündəlik aparılmasını təmin etmək;
•    Gündəlik istehsalat iclaslarında iştirak etmək;
•    Daimi olaraq daxili istehsalat / keyfiyyət monitorinqini saxlamaq.

Namizədə olan tələblər:
•    Ali təhsil (Texniki və ya Kimya mühəndisliyi sahəsinə üstünlük verilir);
•    NACE, ICorr və ya BGAS-dan olan örtükləmə və ya rəngləmə üzrə sertifikatlarının üstünlüyü;
•    Boru kəmərinin tikintisində təcrübə üstünlükdür;
•    Əla ünsiyyət, analitik, təşkilatçılıq və problem həll etmə bacarığı;
•    Problemin həlli üsulları üçün kök səbəb təhlili ilə tanışlıq;
•    Məsuliyyətli şəkildə tapşırıqları yerinə yetirmə bacarığı;
•    Müvafiq iş təcrübəsi – minimum 5 il (örtmə/rəngləmə/qumlama işlərinə üstünlük verilir);
•    Azərbaycan dilini səlis, ingilis/rus dillərini yaxşı bilmək;
•    Kompüter bilikləri.

Qeyd edilən tələblərə cavab verən namizədlər öz CV-lərini cpchr@cpc.az ünvanına göndərə bilərlər.

Yerləşdirilib: 16.11.2022 Son tarix: 15.12.2022