Hadisələr

CPC Təşəkkür Məktubu ilə təltif edildi
01.11.2022
01 noyabr 2022-ci il tarixində “Caspian Pipe Coatings” MMC-də (CPC) “ACE”(Azeri Central East)Layihəsinin uğurla başa çatmasına həsr olunmuş tədbir keçirildi. Tədbirdə BP şirkətinin rəsmi nümayəndələri, CPC–nin rəhbərliyi və aparıcı əməkdaşları iştirak edirdilər. “ACE” Layihəsi çərçivəsində boruların korroziya əleyhinə üçqat izolyasiya və betonla örtüklənməsi, eləcə də, boruların saxlanılması və gəmilərə yüklənməsi işlərini müvəffəqiyyətlə və yüksək keyfiyyətlə başa çatdırılmasına görə CPC BP şirkəti tərəfindən Təşəkkür Məktubu ilə təltif olundu. Sifarişçi tərəfindən çıxış edən BP nümayəndəsi Ahmed El Demerdaş icra edilmiş layihə zamanı CPC heyəti tərəfindən yüksək əmək təhlükəsizliyi və keyfiyyət göstəricilərinin nümayiş edildiyini vurğulayaraq yığıncaqda iştirak edən CPC rəhbərliyinə, müəssisənin aparıcı mütəxəssislərinə və layihənin icrasında əməyi olan hər bir əməkdaşa BP şirkəti adından təşəkkürünü bildirdi.