Yüksək keyfiyyət və təhlükəsiz əmək - CPC - Regionda boru izolyasiyası üzrə lider

| Sizi salamlayırıq

 

Bizim Veb-sayta xoş gəlmişsiniz! CPC - Caspian Pipe Coatings

 

”Əsrin Müqaviləsi”-nin imzalanmasından ötən 25 il ərzində Ümummilli Lider Heydər Əliyevin “Yeni Neft strategiyasının” uğurla həyata keçirilməsi nəticəsində, Azərbaycanda yeni yaradılmış müəssisələr arasında “Caspian Pipe Coatings” MMC regionda özünəməxsus yer tutur.

 

| ətraflı >>

 

| 19 iyun 2002-ci il - müəssisəmizin təsis edilmə günüdür.

 

Müəssisəmiz təsis olunduğu tarixdən 18 illik fəaliyyəti dövrü ərzində ümumi uzunluğu 2600 km-dən çox bir sıra dövlət əhəmiyyətli regional və yerli magistral neft-qaz boru kəmərlərinin tikintisi layihələri çərçivəsində boruların korroziya əleyhinə izolyasiyası və betonlanması işlərinin icra etmişdir.

 

| ətraflı >>

 

| “Caspian Pipe Coatings” MMC –də ulu öndər, mərhum Prezident Heydər Əliyevin anım mərasimi keçirildi.

 

11 dekabr 2019-cu il tarixində “Caspian Pipe Coatings” MMC-nin baş ofisində ulu öndər, xalqımızın ümummilli lideri, mərhum Prezident Heydər Əliyevin anım mərasimi keçirildi.

 

| ətraflı >>

 

| 500 ədəd ağac əkilməsi.

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə təşkil olunmuş ağacəkmə kampaniyası çərçivəsində CPC-nin öhdəliyinə düşən 500 (beş yüz) ədəd ağac 02 və 06 dekabr 2019-cu il tarixlərində Pirallahı qəsəbəsində yerləşən “Abşeron Neft” Neft-Qaz Çıxarma İdarəsinin ərazisində əkilmişdir.

 

| ətraflı >>

 

| CPC zavodunun təkmilləşdirilməsi və yenidənqurma işləri.

 

TOTAL/SOCAR, SAIPEM və BOS Shelf MMC (BOS Shelf) şirkətlərinin sorğusuna əsasən "Caspian Pipe Coatings" MMC Xəzərin dənizinin dərin sulu hissəsində yerləşən perspektiv yataqların işlənməsi və “Abşeron” Layihəsinin növbəti fazasının icrası üçün tələb olunan Termal örtükləmə texnologiyasının quraşdırılması və yeni texnologiyanın tətbiqi ilə CPC zavodunun ixtisaslaşdırılması məqsədilə BOS-Shelf, BAUHUIS və SCNBV şirkətləri ilə bağlanmış müqavilələrə uyğun olaraq yeni texnologiyanın alınması və montaj edilməsi işlərini uğurla həyata keçirmişdir.

 

| ətraflı >>

 

 

| FAYDALI MƏLUMAT >>